IT & TELECOM / SOFCON AZERBAIJAN

Xcitium ilə kibertəhlükəsizlik

Sofcons — Xcitium-un Azərbaycanda rəsmi distribütoru. İşçi stansiyaları və serverlərin qorunması, təhdidlərin aşkarlanması və cavab tədbirləri üçün seçim, pilot və tətbiq.

Sorğu hazırlayın
SOFCON AZERBAIJANTexniki tələblər / həll / icra
IT & Telecom

Tapşırıqdan həllə

01

ZeroDwell™ Containment

Naməlum icra olunan fayllar qərar verilənədək izolyasiya mühitində işlədilir. Bu yanaşma aşkarlama vasitələrini tamamlayır; biznes tətbiqlərinin davranışı və istisnalar pilotda yoxlanılır.

02

EPP, EDR və idarə olunan cavab

İşçi stansiyaları və serverlər üçün qorunma, hadisələrin izlənməsi və cavab ssenariləri. MDR xidməti tələb olunarsa, Xcitium xidmət paketinin əhatəsi, eskalasiya və məsuliyyət bölgüsü ayrıca razılaşdırılır.

03

Mərhələli tətbiq və dəstək

Aktivlər və OS versiyaları inventarlaşdırılır, uyğunluq və siyasətlər sınaq qrupunda yoxlanılır. Sonra mərhələli yayım, inzibatçı təlimatı və dəstək qaydası hazırlanır.

Əməliyyat sistemləri və təhlükəsizlik tələblərinə uyğun agent, paket, siyasət, pilot və texniki dəstək.

SOFCON AZERBAIJAN

IT tapşırığınızı birlikdə həll edək.

İnfrastruktur, inteqrasiya və ya proqram təminatı: məqsəd və ilkin məlumatlarla başlayaq.

Sorğu hazırlayın